Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2022-ci ilin yekunları ilə bağlı hesabat təqdim edir.
İqtisadiyyat.az bildirir ki, bu barədə mətbuat konfransında məlumatlar verilir.
Bildirilib ki, 2021-ci il illə müqayisədə 2022-ci ildə istehlak bazarında qanun pozuntularına görə 3 dəfədən çox iş qaldırılıb. Bu işlərə görə 6 milyon manat maliyyə sanksiya tətbiq edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Məmməəd Abbasbəyli qeyd edib ki, bu halların qarşısının alınması üçün sayğac quraşdıran müvafiq qurumlarla bağlı tədbirlər görülüb.