Azərbaycanın “yaşıl enerji”yə keçidi sürətləndirmək səylərini alqışlayıram.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensis energetika naziri Pərviz Şahbazovla görüşdən sonra bildirib.

“Azərbaycanın “yaşıl enerji”yə keçidi sürətləndirmək səylərini və COP29 zamanı enerji keçidini təşviq etmək öhdəliyini alqışlayıram”, – o vurğulayıb.