Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Yüksek Seçim Kurulu açıqlayıb.  Qurumun açıqladığı son rəqəmlərə görə, Rəcəb Tayyib Ərdoğan 49.51%, Kamal Kılıçdaroğlu 44.88%, Sinan Oğan isə 5.17% səs toplayıb. Hazırda ölkə xaricindən verilmiş səslərin sayılması prosesi davam edir. Son rəqəmlərin günün sonuna qədər sistemdə əks olunacağı gözlənilir.

Seçkilər 28 may tarixinə təyin edilib.