Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin iki departamenti ləğv edilib.

İqtisadiyyat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Repatriasiya departamenti və Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv olunub.

Hazırda qurumun strukturu Dövlət Komitəsinin aparatı (şöbələr və sektorlar), regional orqanları və yerli bölmələri və Mənzil istismar departamenti olaraq müəyyənləşib.