"Tam əminliklə deyə bilərəm ki, Azərbaycan Vəkillər Kollegiyası müasir çağırışlara tam hazırdır"

İqtisadiyyat.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Elektron vəkil orderi" və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı zamanı deyib.

"Ən önəmli məsələlərdən biri odur ki, bu təşəbbüs bütün vəkillər tərəfindən də dəstəklənir. Nəzərə almaq lazımdır ki, dövlət qurumlarından fərqli olaraq bizdə pensiya yaşı yoxdur. Bizdə hər yaş kateqoriyasında olan həmkarlar var. Təbii ki, bizim borcumuz odur ki, bizim bütün həmkarlarımız bu imkanlardan istifadə etsin. Bundan ötrü var gücümüzlə çalışacağıq. Yeri gəlmişkən, tədris və təlimlər də təşkil olunacaq", - A.Bağırov əlavə edib.

Sadiq Cavadov