“İYİ Partiya” sədri Meral Akşener partiyasının “Altılı masa”nı tərk etdiyini açıqlayıb.

İqtisadiyyat.az bildirir ki, o bu barədə bu gün keçirdiyi brifinqdə deyib. Akşenerin sözlərinə görə, "Altılı masa"da prezidentliyə vahid namizəd seçmək məsələsində razılıq əldə edilməyib:

"Partiyamız CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edildi. Buna boyun əyməyəcəyik".

Meral Akşener Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliyini dəstəklədiklərini qeyd edib və onlara səslənərək vəzifə başına çağırıb.