ABŞ-nin eks-prezidenti Donald Trampa sui-qəsd cəhdindən sonra onun “Trump Media & Technology Group” (TMTG) şirkətinin səhmləri 76,43 faiz bahalaşaraq bir səhm üçün 54,5 dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RBC “NASDAQ”a istinadən məlumat yayıb.

Bildirilir ki, bu gün günortaya yaxın bahalaşma səngiyib. Yerli vaxtla saat 11:52-də bu qiymətli kağızlar bir səhm üçün 47 dollardan bir qədər baha olub.

Xatırladaq ki, ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.