İsveçrə Prezidenti Viola Amherd sui-qəsdə məruz qalan ABŞ-nin keçmiş Prezidenti Donald Trampa tezliklə şəfa diləyib, həmçinin siyasətdə zorakılığın qəbuledilməz olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amherd "X"də paylaşım edib.

"Pensilvaniyadakı atışmadan şoka düşdüm. Siyasətdə zorakılıq qəbuledilməzdir və bizim bütün ortaq demokratik prinsiplərimizə ziddir", - deyə Prezident qeyd edib.

Amherd əlavə edib ki, İsveçrənin duaları Donald Trampla, digər qurbanlar, onların ailələri və Amerika xalqı ilə birlikdədir.