Avstriyada təlim-məşq toplanışlarını davam etdirən "Qarabağr" klubu heyətini yeni qapıçı ilə gücləndirə bilər.

İqtisadiyyat.az xəbər verir ki, gənc qapıçı Amin Ramazanovun zədələnməsindən sonra Ağdam təmsilçisi yerli qapıçı axtarışını sürətləndirib. Klub sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevi heyətinə qatmaq istəyir. 

Əgər tərəflər razılığa gələrsə, Şahruddin 1 mövsümlük "Qarabağ"da çıxış edəcək.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev son olaraq "Adana Dəmirspor" klubunda çıxış edib.