Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa Pensilvaniyada ictimaiyyət qarşısında çıxışı zamanı ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı edilən sui-qəsd cəhdini pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, o, atışma nəticəsində həlak olan mitinq iştirakçısının ailəsinə də başsağlığı verib.

"Portuqaliya Respublikasının Prezidenti keçmiş Prezident Donald Trampa sui-qəsd cəhdini qətiyyətlə pisləyir. O, hadisə nəticəsində həlak olan şəxsin ailəsinə başsağlığı verir və yaralananların hamısının tezliklə sağalmasını arzulayır. Prezident siyasi zorakılıqla mübarizə aparmağa çağırır", - deyə Prezidentin ofisinin saytında bildirilir.