Çeçenistanın İtum-Kalinski rayonunun Başin-Kali kəndində tikinti meydançasında qaz balonları partlayıb.

İqtisadiyyat.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 26 nəfər xəsarət alıb.

Məlumata görə, xəsarət alanlar ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.

Bildirilir ki, əvvəllər də sözügedən ərazidə belə hallar qeydə alınıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Sadiq Cavadov