Rusiyada fəaliyyət göstərən Avropa İttifaqı və G7-ə ölkələrinə daxil 1405 şirkətdən yalnız 120-nin ölkədəki səhm investisiyalarından geri çəkildiyi müəyyən edilib.

Aİ və G7-də yerləşən, Rusiyada kapital investisiyaları olan və ən azı 2017-2021-ci illərdə 1 milyon dollardan çox gəliri olan şirkətlərlə məhdudlaşdırılıb.

Müvafiq olaraq, Rusiyadakı 3444 xarici şirkətdən 2405-nin qərargahı G7 və ya Aİ ölkələrində yerləşən 1405 şirkətin törəmə şirkətləri olduğu müəyyən edilib. Bu kontekstdə, 2022-ci ilin Noyabr ayı etibarilə 1404 şirkətdən 120-nin və ya 8,5 faizinin Rusiyadan kapital investisiyalarını geri çəkilib.

Hansı şirkətlər Rusiyanı tərk edəcəklərini açıqlayıblar?

Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra enerjidən modaya, qida və içki sənayesindən kosmetika, avtomobil və texnologiyaya qədər bir çox şirkət Rusiyadakı fəaliyyətlərini tərk edəcəklərini açıqladı.

Bu şirkətlər arasında Amazon və Apple 2022-ci ilin mart ayından etibarən Rusiyadakı fəaliyyətini dayandırıb, Google ölkədəki bəzi əməliyyatlarını, Microsoft isə yeni satışlarını dayandırıb. Samsung, Starbucks, Mercedes və Disney kimi şirkətlər də Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını bildiriblər.

Shell, keçən ilin fevral ayının sonunda Rusiyadakı layihələrindən və müştərək müəssisələrindən çıxacağını, Norveçdə yerləşən Equinor enerji şirkəti isə Rusiyadakı birgə müəssisələrindən çıxmağa başlayacağını və ölkədəki yeni investisiyaları dayandıracağını açıqlamışdı.