Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşavirliyinin təşəbbüsü ilə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan filialının ev sahibliyində iqtisadiyyat sahəsində fəaliyyət göstərən bir qrup jurnalist ilə görüş keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə birgə əməkdaşlıq, görülən tədbirlər, yeni tərəfdaşlıq istiqamətləri və biznes dairələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Daha sonra Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində ilk dəfə olaraq İqtisadiyyat Jurnalistləri Platformasının qurulması qərara alınıb.