Türkiyənin xarici işlər naziri Hakan Fidan dünya ölkələrini İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki prosesə qoşulmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bütün dünya İsrailə qarşı soyqırım iddiasına qoşulmalıdır. İsraili qeyd-şərtsiz dəstəkləyənlərin hamısı onun Qəzzada törətdiyi cinayətlərə ortaqdır. Qəzzada törədilən cinayətlər cəzasız qalmayacaq, gec-tez onları törədənlər cavab verməlidir”, - o bildirib.