Amerikanın" Papa John's" pizza şəbəkəsinin ikinci rübdə gəliri 1,3% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

İyunun 30-da başa çatan rübdə şirkətin mənfəəti 514,5 milyon dollardan 507,9 milyon dollara qədər azalıb.

Hesabat dövründə şirkətin gəliri isə 17,8 milyon dollardan 12,2 milyon dollara düşüb.

Qeyd edək ki, bu ilin əvvəlindən "Papa John's"un kapitallaşması 44% azalaraq 1,4 milyard dollara enib.

 

Gözəl Həşimova