"Beyləqan-Taxıl" ASC-yə məxsus kassa aparatı itib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, kassa aparatının hansı şəraitdə itdiyi məlum deyil.

Yoxa çıxmış aparat (IBM POS-terminal 4613-XXXX tipli zavod nömrəsi 4122565) itdiyi üçün etibarsız sayılır.

Qeyd edək ki, "Beyləqan-Taxıl" ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 144794 manat, qanuni təmsilçisi Abdullayev Qorxmaz Şirin oğludur.