“İlin 11 ayında təbii qaz hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azalaraq, 376,9 milyard kubmetr olub.

Həmin ərəfədə şirkətin MDB-ə daxil olmayan ölkələrə təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz azalaraq, 95,2 milyard kubmetrə çatıb.

“Qazprom”un açıqlamasında bildirilir ki, “Sibirin Gücü” boru kəməri ilə Çinə qaz nəqli artmaqdadır. Daşınmalar müqavilə öhdəliklərindən artıq həyata keçirilib.

Xatırladaq ki, Avropa ölkələri noyabrın 14-dən etibarən yeraltı təbii qaz anbarlarında qazdan istifadəyə başlayıb.