“Optimal Elektronika” MMC Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir.

Vakansiya: İnsan Resursları üzrə mütəxəssis
Tələblər:

• Təhsil: Ali;
• Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür.
• Kadr kargüzarlığı sahəsində minimum 1 il təcrübəsi olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

Əsas vəzifələr:

• Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmr və göstərişlərin, arayışların, xasiyyətnamə və sair kadr sənədlərinin hazırlanması, imzaya təqdim edilməsi və sənədlərin vaxtında müvafiq struktur bölmələrinə təqdim edilməsi, o cümlədən mağazalara göndərilməsi;
• Kadr sənədlərinin qovluqlara yığılması;
• Əmək kitabçalarının yazılması (işə qəbul və işdən azad qeydlərinin aparılması);
• Əmək müqavilələrinin, əlavə razılaşmaların, vəzifə təlimatlarının hazırlanması və mağazalara göndərilməsi və imzalanmasına nəzarət edilməsi;
• Kadr, ezamiyyət, məzuniyyət əmrlərini Elektron Hökumət portalı və 1 C (SAP)məlumat bazasına daxil edilməsi;
6. Əmək haqqı kartlarının sifarişi üçün işə qəbul edilən işlərdən müvafiq formaların doldurularaq aidiyyatı banka təqdim edilməsi və əmək haqqı kartlarının işçilərə paylanılması;
• Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmrlərin müvafiq jurnallara qeydiyyatını aparır.
• Əmək müqavilələrinin müvafiq jurnallarda qeydiyyatını aparılması;
• Əmək kitabçalarının müvafiq jurnallarda qeydiyyatını aparmaq;
• Filiallardan gələn məzuniyyət və icazə ərizələrini qəbul edir və nəzarət edir.
• Sosial sığorta kartları üçün müvafiq qurumlara gedən sənədləri hazırlayır və həmin qurumlara təqdim etmək; Sosial sığorta kartlarının sifarişinə nəzarət etmək və sifariş olunan Sosial sığorta kartlarını əməkdaşlara etmək;
• Aylıq tabelləri hazırlamaq;
• İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı şirkətin əməkdaşlıq etdiyi sığorta şirkətinə vaxtında məlumatın təqdim etmək;
• Xəstəlik vərəqələrinin doldurmaq və mühasibatlığa təqdim etmək;

Biz Siz təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində qeyd edərək öz CV-lərinizi suleyman.shaheldiyev@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 20.08.2020