“Əmək Məcəlləsinə məcburi məzuniyyət məsələsi ilə bağlı dəyişiklik layihəsi təklif edilib”.

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Facebook”da yayımlanan “Sosial saat” layihəsində deyib.

O bildirib ki, hazırda məzuniyyətlə bağlı məcburilik yoxdur:

“Bəzən bu haldan sui-istifadə halları müşahidə olunur. Məzuniyyətdən istifadə olunmalıdır ki, işin keyfiyyətinə mənfi təsir etmə halları azalsın. Məzuniyyət də tərəflərin qarşılıqlı razılığı əsasında ya həmin il, ya da növbəti təqvim ilinə keçirilməklə həll oluna bilər”.