"Lənkəran-Konserv" ASC ləğv olunur.

İqtisadiyyat.az xəbər verir ki, iyunun 7-də cəmiyyətin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə olunacaq:

1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi.

2) Cəmiyyətin ləğvi.

3) Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi.

4) Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər.

5) Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər.

Qeyd edək ki, ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 862 402 manatdır.