Vətən müharibəsində şəhid olan şəxslərin ailələrinə,şahid ailəsi statusu əldə edən şəxslərə verilən maddi yardımlar,onların banklara olan kredit borclarının silinməsindən əldə olunan gəlirlər vergidən azad edilir.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Azad Azərbaycan televizyasında yayımlanan İqtisadi Zona verilişində deyib.

O sahibkarlıq subyektlərinin bu yöndə olan çoxsaylı müraciətlərinə də toxunaraq” Biz bir sıra müraciətlər əldə edirdik bir sıra sahibkarlıq subyeklərimiz var ki, sosial dəstək çərçivəsində məhz şəhid ailələrinə maddi yardımlar etmək mək dəstək göstərmək istəyirlər. Bu yardımlar bu gün vergidən azad deyil. Yalnız il ərzind 1000 manat məbləğə görə əldə edilən belə gəlirlər səhiyyə və təhsil məqsədləri üçün xərcləndikdə vergidən azad idi. Bu baxımdan cəmiyyətimizin, şəhid ailələrinə qazilərə olan diqqətinin eyni zamanad sahibkarlıq subyektlərinin göstərdiyi diqqəti nəzərə alaraq onlar tərəfindən ediləcək belə yardımların 10000 manat qədər olan hissəsi vergidən azad edilməsi nəzərdə tutulur. İlkin olaraq bu məbləğ 10 min manat olaraq təyin olunub.”-deyə qeyd edib.