Oktyabrın 11-də 'Nəqşiçahan Holding Ltd' Şirkətlər Qrupunun baş ofisində 20 manat kapitala malik 'Nəqşicahan Qrup Şirkətləri İttifaqı' adlı yeni kommersiya şirkəti qeydiyyatdan keçib. Bu barədə dekabrın 5-də Vergilər Nazirliyindən məlumat verilib.

Holdinq kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin reyestrində haqqında məlumat verilən ən azı 25 şirkətdən ibarətdir. Bu şirkətlərin əksəriyyətini iki nəfər idarə edir: Mübariz Vəliyev və Abbas Talıbov. (Contact.az)

İQTİSADİYYAT.AZ