“Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun ICE birjasında səhər saatlarında 57,08 dollara qədər bahalaşıb.

Bu barədə RBK məlumat yayıb.

WTI markalı neftin mart fyuçersləri də 1,06 faiz bahalaşaraq, bir bareli 54,12 dollara satılıb. Aparılan ticarət əməliyyatlarının gedişində WTI markalı neftin qiyməti 54,24 dollara qədər yüksəlib.

Qeyd edək ki, sonuncu dəfə “Brent” markalı neft cari ilin yanvarın 13-də 57 dollardan baha satılmışdı.