2021-ci ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4.2% azalaraq 12.2 mlrd. ABŞ dolları ekvivalentində olub. 

Bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Məlumata görə,nağdsız valyuta əməliyyatlarının 85.3%-i ABŞ dollarında, 14.7%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 29.3%-i banklararası valyuta bazarında (BVB), 70.7%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.