Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi teleqram kanalında məlumat yayıb.

Məlumatda yaralıların sayının 450 nəfərdən 460-a yüksəldiyi bildirilir. Ölən və yaralananların əksəriyyəti 2023-cü ilin oktyabrından Livanın cənubundakı sərhəd bölgələrində İsrailə qarşı döyüşən "Hizbullah" hərəkatının tərəfdarlarıdır.

***23:10

Livanda mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlarda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış lar zamanı azı 450 nəfər də müxtəlif növ bədən xəsarətləri alıblar. 

***20:21

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 300-dən çox insanın yaralandığı bildirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

***19:17

Livanda bu gün rabitə cihazlarında baş verən partlayışlarda 3 nəfər ölüb, daha 100-ü xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonları olub. 

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.

***18:45

Livanın cənubunda yenidən partlayışlar baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Rabitə vasitələrinin partlaması nəticəsində 100 nəfərin yaralandığı deyilir. 

İlkin məlumatlara görə, bunlar partlayıcı gücə malik radio cihazlardır.