Bu il üzrə neftin orta qiyməti Azərbaycan üçün komfortludur.
İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov deyib.
O həmçinin, devalvasiya gözləntiləri ilə bağlı məsələyə aydınlıq gətirib: “AMB təhlil aparmaq üçün fundamental göstəricilərə baxmalıdır. Fundamental göstəricilərin ən vacib elementi ölkənin ödəmə balansı olan tədiyyə balansıdır. Bu ilin yarısı üzrə böyük həcmdə öhdəliklərin icra edilməsinə baxmayaraq ehtiyat aktivlər 648 milyon dollar artırıb. O cümlədən xarici ticarət balansı ilə bağlı müsbət göstəricilər ümumi mənzərəni bizə aydınlaşdırır. Ona görə də yayılan məlumatları düzgün hesab etmirəm”.///apa