Türkiyə Mərkəzi Bankı ardıcıl altıncı iclasın nəticələrinə görə əsas faiz dərəcəsini dəyişməyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Məlumata görə, bank uçot dərəcəsini illik 50% səviyyəsində saxlayıb. Bu, 2002-ci ildən bəri ən yüksək səviyyədir. Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Türkiyə Mərkəzi Bankı açıqlamasında avqust iclası ilə müqayisədə baza inflyasiyası təxmininin dəyişmədiyini bildirib.

 

Gözəl Həşimova