ABŞ Federal Ehtiyat Sistemi (FED) son 4 ildə ilk dəfə uçot dərəcəsini azaldıb.
İqtisadiyyat.az xəbər verir ki, FED faiz dərəcəsini gözlənildiyindən yüksək olan 50 baza bəndi azaldacağını və siyasət faizini 4,75-5,00 faiz aralığına salacağını açıqlayıb.
Siyasət dərəcəsi mərkəzi banklar tərəfindən müəyyən edilir və ümumiyyətlə ölkənin qısamüddətli borc faiz dərəcəsinə aiddir.
Dünyanın ən böyük iqtisadiyyatı üçün dönüş nöqtəsi hesab edilən bu addım rəsmilərin işsizlik nisbətlərinin artması ilə bağlı narahatlıqlarını dilə gətirdiyi bir vaxta təsadüf edir.
Aşağı faiz dərəcələri ABŞ-da 20 ildən çox müddətdə ən yüksək səviyyələrində olan faiz dərəcələri ilə mübarizə aparan borcalanlar üçün rahatlıq təmin edəcək.