Çikaqo əmtəə birjasında (CME) qızılın qiyməti növbəti tarixi rekorda imza atıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.

Qiymətli metalın dekabr fyuçersləri 1 troya unsiyası üçün 2640,4 dollara yüksəlib. İl ərzində isə bu kontraktın dəyəri 26 faiz artıb, bu da digər əmtəə aktivlərini geridə qoyur.

Analitiklər bu davamlı artımı ABŞ-də siyasi vəziyyətin destabilizasiyası və digər geosiyasi faktorlarla əlaqələndirirlər.