Zəngilan rayonunun Cahangirbəyli kəndində daxili kommunikasiya (qaz, su, elektrik və zəif axın) işlərinin reallaşdırılmasına başlanılır.

İqtisadiyyat.az-ın xəbərinə görə, bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara start verib.

Kommunikasiya işlərinə qaz, su, elektrik və s. xətlərin çəkilişi nəzərdə tutulur.

Qeyd edək ki, bir müddətdir kənddə fərdi yaşayış evlərinin tikintisinə başlanılıb. Burada inşa ediləcək 1 və 2 mərtəbəli evlər 2, 3, 4, 5 otaqlı olacaq.

Xatırladaq ki, ötən ilin mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub. Prezident İlham Əliyev kəndin təməlini qoyub.

Kənddə birinci mərhələdə ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. Eləcə də fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da planlaşdırılır.