"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.

İqtisadiyyat.az xəbər verir ki, mövsümün ilk derbisi VII turda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0.

"Neftçi"dən Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia, 90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

***20:56

Misli Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda ilk hissə başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, Ağdam təmsilçisi fasiləyə inamlı üstünlüklə yollanıb - 3:0.

"Neftçi"nin futbolçusu Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo fərqlənib. 45+3-cü dəqiqədə Yassin Benzia paytaxt klubunu məyus edib.

***20:00

Misli Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyunu başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, matç saat 20:00-da start götürüb.

Görüşü FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.