Mazda şirkəti Mazda2 hetçbekinin ardınca sedan kuzovlu modeli də yeniləyib. Slamanka şəhərində istehsal edilən sedan Meksika ilə yanaşı ABŞ bazarında da satılır. Yenilənmiş sedan CX-30 modelinin üslubunda eksteryer dizaynına və gücü artırılmış mühərrikə sahib olub. Zahiri cəhətdən yenilənmiş Mazda2 sedanını eyni adlı yenilənmiş hetçbekin üslubunda tərtib edilmiş eksteryer dizaynı sayəsində ayırd etmək olar. Bundan başqa, 1,5-litrlik Skyactiv-G aqreqatının gücü 3 at qüvvəsi artırılıb: artıqmühərrik 109 at qüvvəsi və 141 Nm fırlanma anı hasil edir.

Yenilənmiş sedan təchizatına qarışıq tərtibata malik olan ön oturacaqlar, sürücü oturacağının altı istiqamətdə tənzimlənməsi və yaddaş funksiyası, Android Auto və Apple Car Play tətbiqlərini dəstəkləyən multimedia sistemi, 7-düymlük ekran, LED fənərlər, kruiz-kontrol və zolaqda saxlama yardımçısı daxil edilib.