12 mart tarixində Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 9 825 nəfər vaksinasiya olunub. 

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 443 888 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.