İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ABŞ - Azərbaycan Ticarət Palatasına üzv olub.

Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq KOBİA və ABŞ-ın KOB sahəsində fəaliyyət göstərən qurumları, Azərbaycan və ABŞ iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə, KOB-larla bağlı birgə təşəbbüslərin icrasına xidmət edəcək.