Kəlbəcərdə silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən İqtisadiyyat.az-a verilən xəbərə görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 avtomat, 1 ədəd “Karabin”, 1 ədəd tank əleyhinə raket, 12 ədəd minaatan mərmisinin başlığı, 1 ədəd əl qumbarası və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.