Səhiyyə Nazirliyi yanında İnnovasiya və Təchizat Mərkəzi şəkərli diabet üzrə Dövlət Proqramına uyğun olaraq nəzərdə tutulmuş dərman və tibbi ləvazimatların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az dövlət dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “AvroMed Company” QSC-dir.

Qalib şirkətə 10 225,8 min manat ödəniləcək.