Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri korporativ sosial məsuliyyəti çərçivəsində ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi ilə bağlıdır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, 1 yanvar 2019-cu ildən başlayaraq vergi ödəyiciləri tərəfindən sosial məsuliyyət çərçivəsində elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən vəsaitin müəyyən hissəsi həmin şəxslərin mənfəət vergisi öhdəliyindən azaldılır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, habelə Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin sağlamlıqlarının bərpa edilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar Qarabağ Dirçəliş Fondu və Yaşat Fondu yaradılıb. Bu məqsədlə bu ildən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu və digər bu kimi fondlara ianə formasında köçürülən məbləğlərin 1 yanvar 2021-ci il tarixndən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulur.