İcbari Tibbi SIğorta üzrə Dövlət Agentliyi koronavirus (COVID-19) testlərinin və test ləvazimatlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Albatros Heltkeyr" MMC-dir.

Qalib şirkətə 4,587 milyon manat ödəniləcək.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ilin fevral ayında Nazirlər Kabineti yanında faliyyətə başlayıb, həmin ilin noyabr ayından publik hüquqi şəxsə çevrilib. Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur.