Bu ilin birinci rübündə Çinin “Huawei” telekommunikasiya şirkətinin mənfəəti illik ifadədə 16,5% azalaraq 152,2 milyard yuan (23,5 milyard ABŞ dolları) təşkil edib. Bu barədə şirkətin məlumatında deyilir.

Qeyd olunan dövr üçün xalis gəlirin rentabelliyi 11,1% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,8 faiz bəndi yüksəkdir. “Huawei” şirkəti ötən rüb üçün xalis gəlirləri haqqında məlumatları açıqlamayıb.

Şirkətdən bildirilir ki, telekommunikasiya şəbəkələri biznesi sabit şəkildə artmaqda davam edir, istehlak sektorunun mənfəəti isə aşağı düşüb. Bu, qismən də 2020-ci ilin noyabr ayında “Honor” brendinin satılması ilə əlaqələndirilir.

“Cari 2021-ci il bizim üçün daha çətin olacaq, lakin bu, həm də gələcək inkişaf strategiyamızın formalaşmağa başlaması ili olacaq”, - Direktorlar Şurasının sədri Erik Xu bildirib.

Qeyd edək ki, “Huawei” şirkəti dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçılarından biridir.