“Ələkbər bəy, insanları güldürməklə pul qazanmaq olur? – Əlbəttə, elə güldürərək qazanmaq olur. İndi insanları ağlatmaq çox asan olsa da, güldürmək çətindir. Bir cümlə, söz ilə göz yaşı sel kimi axır. Bir filmə 100 dəfə baxıb, ağlayarsan,amma yumorda sən bir zarafatı ikinci dəfə edə bilmirsən. Çünki adamın gülməyi gəlmir. Sən çətini bacardınsa demək ki, yaxşı pul da qazanacaqsan.”

"Planet Parni iz Baku” KVN teatrının aktyoru və ssenari müəllifi, aktyor Ələkbər Əliyev İqtisadiyyat.az saytına səmimi açıqlamalar verib:

"Mən dünyanın ən varlı insanlarından biriyəm..."

KVN-çi deyir ki, özümü varlı hesab edəcək qədər qazanıram: Məsələn, yeni ildə 4 min manat civarında qazancım oldu. Digər aylarda da bu rəqəm aşağı, yuxarı dəyişir. Məndə heç vaxt konkret məbləğ yoxdur. Çünki mən təkcə "Planet Parni iz Baku” KVN teatrında işləmirəm. Başqa ssenari sifarişlərim də olur. Belə də ki, özünü varlı hiss etmək üçün evin, maşının olmalıdır. Mənim də maşınım da var, evim də. Özümə görə dünyanın ən varlı insanıyam.

"Dostlarım deyirdi ki, Ələkbər, yazma. Bu sənlik iş deyil…"

“Yeni vaxtlarda ssenarilər yazanda dostlarım deyirdi ki, Ələkbər, yazma. Bu sənlik iş deyil. Hətta əsəbləşirdilər. Çünki onlar da bilirdi mən 16 yaşıma qədər nəinki gülmək, heç zarafat da edə bilməmişəm. Amma həyat müəllimim olandan sonra hər şey dəyişdi. İndi güldürərək yaxşı pullar qazana bilirəm.”

Qeyd edək ki, Ələkbər Əliyev Rusiya kino və televiziya aləmində də yaradıcılıq işləri ilə məşğul olur. Və hazırda başqa bir ölkədə seriala çəkilir. Hətta 8 bölüm yekunlaşıb artıq.