"Bir tərəfdən, bu ilin 8 ayında ticarət dövriyyəsini 43.0 faizi artıran İran Ermənistanla illik 3 milyard dollarlıq ticarət qurmağı hədəfləyir, digər tərəfdən qaz ixracının 2 dəfə artacağını bəyan edir.  İran Ermənistanın hər mənada qayğısına qalır. Bu ondan xəbər verir ki, İran Azərbaycan torpaqlarını uzun müddət işğalda saxlayan bir ölkə ilə ən sıx münasibətlər qurur və Ermənistanla birləşdirilən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verərək əslində regionda yeni nəqliyyat istiqamətinin formalaşmasına cəhd edir.

Nə qədər qəribə olsa da Zəngəzur dəhlizinin reallaşması məsələsi gündəmə gəldikdən sonra sonra İran yenidən aqressivləşib və ölkəmizə qarşı təhdid dolu bəyanatların sayını artırmaqdadır. Belə qənaətə gəlmək olar ki, İran Azərbaycan torpaqlarının işğalda qalmasında maraqlı dövlətlərdən imiş. Çünki bununla ölkəmiz ilə İran azərbaycanlıları yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı yaratmağı hədəfləyirmiş."

İqtisadiyyat.az xəbər verir ki, deputat Vüqar Bayramovun sözlərinə görə, sərhədlərimizdə Zəfərdən sonra irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra olmaqla yanaşı əzələ nümayişidir:

"44 günlük Vətən Müharibəsi də göstərdi ki, Azərbaycan bu tip hədələrin qarşısını almaq gücündədir. İran daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılmağa çalışılır və hətta Tehran ölkəmizdə bir sıra dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində işi gücləndirib. Bu da regionda yeni gərginlik yaratmağa xidmət edir.

Zəfərdən sonra formalaşan yeni düzən bəzi dövlətləri narahat etməkdədir, bunlar təhddilər olsa belə."