Aprelin 25-də “Badamdar Estates” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.  

İqtisadiyyat.az xəbər verir ki, ARVK-nın sədri Anar Bağırov tədbiri açıq elan edib. Sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.

Mərasimdə Kollegiya sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan, o cümlədən ARVK-nın beynəlxalq əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən danışıb, habelə digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verib.

Eyni zamanda, sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini də xatırladaraq Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin fəaliyyətə başladığını bildirib.

Diqqətə çatdırılıb ki, 2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 33 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar. Beləliklə, vəkillərin sayı 2454 nəfərə çatıb.

Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 21 nəfəri kişi, 12 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 472 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədir. Vəkillərdən 3 nəfəri regionlarda, 30 nəfəri isə Bakıda fəaliyyət göstərəcək.

Sonra Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor Urxan Ələkbərov çıxışında andiçmə mərasimində iştirak edən vəkilləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Rektor “Prezident İlham Əliyevin yeni dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda danışaraq Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyinin əhəmiyyətini vurğulayıb, belə bir tədbirin ölkəmizdə keçirilməsinin çox vacib olduğunu dilə gətirib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu nəzərə çatdırıb.

Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən də söz açan Urxan Ələkbərov ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib.

Azərbaycanda qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirən rektor Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib.

Həmçinin, mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.

Daha sonra mərasimdə vəkilliyə namizədlər çıxış edib, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün ARVK-nın Rəyasət Heyətinə minnətdar olduqlarını söyləyiblər.

Tədbirin ikinci hissəsində Vəkillər Kollegiyasının Akademiyasının Əsasnaməsinin layihəsi müzakirə edilmiş və Əsasnamə qəbul edilib.

Tədbirin ikinci hissəsində fəaliyyətləri dövrlərində fərqlənən və həmçinin, yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif olunub.

Eyni zamanda, ARVK Rəyasət Heyətinin iclası keçirilib, bir sıra məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub.

 

1_ade14bcd576a00fc47d1d18528901f21.jpeg

 

2_6bef00b6b3ab15109053bb936432fb37.jpeg

 

3_4b14fdcb5ef14fefd666ddb0f71e8b9a.jpeg

 

4_408491269fd0a651331dc37d0f66838e.jpeg

 

5_c3d4a9b94edf958294a88311dbf543bc.jpeg

 

6_d73e1445a0815ee91c23bff9c83f1f33.jpeg

 

7_4fe8de00a44a0cde6e756ca8c05491f0.jpeg

 

8_37b773e9b77942e208d9e281a21ede8a.jpeg

 

9_6850c82566484cfff711eaaf7b8acda6.jpeg

 

10_4677e283cfbe7b9a35d5e9fcff3b99f4.jpeg

 

11_a488fbb7fd8d781b255854cdeb330fec.jpeg

 

12_cd07f5e4e7eb6fc98e62ca8b6234e823.jpeg

 

12-.jpeg

 

13_7a757734cf061135be3a0c6047d89c37.jpeg

 

14_aec2e86d80906ce4055f37a42d9af364.jpeg

 

15.jpeg

 

16_99bf0445b966e5e0b39571da58aeb657.jpeg

 

17_573a3a8337f32d135a9451a2b4899a02.jpeg

 

18_b6d7f6daa7e70c64affccc4b06ece254.jpeg

 

imagee00025.jpeg

 

19_387d81f3f3f2f8f829276fbd4ff461c6.jpeg

 

20.jpeg

 

21_9c80729e397a5a76d1cae4c9f0b68055.jpeg