Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğan arasında görüş başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, İstanbulda Dolmabağçadakı iş ofisində keçirilən görüş 50 dəqiqə davam edib.

19:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğan arasında görüş başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, görüş İstanbulda Dolmabağçadakı iş ofisində keçirilir.

18:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün "ATA" ittifaqının namizədi Sinan Oğanı Dolmabahçe İş Ofisində qəbul edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.