İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "EnterpriseAzerbaijan.com" portalı Şərqi Asiya Sammitinin üzv ölkələrinin maliyyəşdirdiyi "e-Asiya" tədqiqat proqramı ilə əməkdaşlığa başlayır.

İqtisadiyyat.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, hazırda e-Asiya proqramı Biliklərin Mübadiləsi üzrə Tərəfdaşlıq Fondundan biliklərin mübadiləsi üzrə texniki yardım üçün 500 min ABŞ dolları qrant qazanıb. Texniki yardımın əsas məqsədi texnoloji startapların potensialını gücləndirilməkdir. Yardım texnoloji startapların inkişafı üçün əlverişli mühit, institusional struktur və biliklərin mübadiləsi istiqamətlərində işlər aparır.

Asiya İnkişaf Bankı və “Steinbeis GmbH Co. KG” şirkəti texniki yardımın icrası məqsədilə "EnterpriseAzerbaijan.com"a daxil olan startapların dəstəklənməsi, bilik və təcrübə mübadiləsi məqsədilə onlayn görüş keçirib. Sözügedən əməkdaşlıq strateji inkişafın davam etdirilməsi, sinerjinin formalaşdırılması və portalda olan layihələrin inkişafı üçün yaxşı imkan yaradır.