Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Anım Günü ilə bağlı sürücülərə müraciət edib. 

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, vətəndaşların şəhidləri ziyarət etməsi yollarda sıxlığa səbəb olub:

“Hazırda ərazidə polis yolları tənzimləyir. Sürücülərdən xahiş edirik ki, “Qurd qapısı” istiqamətində şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Bu istiqamətlərdə mümkün qədər hərəkəti məhdudlaşdırsınlar və alternativ yollardan istifadə etsinlər”.