Qazaxıstanın Baş naziri respublikanın cənub-qərbində yerləşən "Mangistau Atom Enerjisi Zavodu"nun (MAEK) fəaliyyətini dəstəkləmək üçün hökumət ehtiyatından 5 milyard tenge (10,4 milyon ABŞ dolları) ayrılması haqqında sərəncam imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Vəsait enerji stansiyasının regional büdcə hesabına subsidiyalaşdırılmasına yönəldiləcək ki, bu da müəssisənin qarşıdan gələn istilik mövsümünə vaxtında hazırlaşmasına və enerji infrastrukturunun dayanıqlı fəaliyyətinin təmin olunmasına imkan verəcək.

 

Gözəl Həşimova