Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 3 FETÖ-çü saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Sərhədlərimizdə terrorla mübarizəmiz davam edir. Ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 3 nəfər Ədirnədə növbətçi əsgərlərimiz tərəfindən yaxalanıb. Araşdırmalar nəticəsində həmin şəxslərin FETÖ terror təşkilatının üzvü olduqları müəyyən edilib", - Nazirlikdən verilən açıqlamada qeyd edilib.