1996-cı ildə yarandığı gündən bəri sosial media dünyadakı 8,06 milyard insanın yarısından çoxuna çatmağı bacarıb. Sosial şəbəkə platformaları 2010-cu ildəki 970 milyondan 2023-cü ildəki 4,95 milyard istifadəçiyə çatıb. Beləliklə, sosial mediadan istifadə edənlərin sayı son on ildə 3 dəfə artıb.

İqtisadiyyat.az-ın araşdırmasına görə, dünyada ən çox istifadə olunan sosial şəbəkə "Facebook"dur. Belə ki, "Facebook" ayda 3 milyard aktiv istifadəçi sayına malikdir. "Facebook"u "YouTube", "Instagram", "WhatsApp" və "TikTok" izləyir.

"Meta" platforması 1 milyarddan çox aylıq aktiv istifadəçisi olan dörd ən böyük sosial media platformasına sahibdir: "Facebook", "WhatsApp", "Facebook Messenger" və "Instagram".

Dünyada ən çox istifadə olunan sosial şəbəkələr isə bunlardır:

Sosial şəbəkə

İstifadəçi sayı

Facebook

3 milyard nəfər

YouTube

2,5 milyard nəfər

Instagram

2 milyard nəfər

WhatsApp

2 milyard nəfər

TikTok

1,5 milyard nəfər

WeChat

1,3 milyard nəfər

Facebook Messenger

1 milyard nəfər

Telegram

900 min nəfər

Snapchat

800 min nəfər

Douyin

755 min nəfər

 

Məlumata görə, 100 milyondan çox istifadəçisi olan ən yüksək səviyyəli sosial şəbəkələrin əksəriyyəti ABŞ-də yaranıb.

2023-cü ilin oktyabr ayına olan məlumata görə, sosial mediadan istifadə edənlərin sayı dünya üzrə 4,95 milyard nəfərdən çoxdur ki, bu da 2015-ci ildən bəri 2 dəfə çoxdur.

Araşdırmalara görə, dünya əhalisinin 61,4%-i sosial mediadan istifadə edir. Qlobal miqyasda bir insanın gündə orta hesabla sosial mediada keçirdiyi vaxt 2 saat 24 dəqiqədir və aylıq olaraq 6-7 sosial media platformasına daxil olur.

Dünya üzrə sosial şəbəkədən istifadə edənlərin orta göstəricisi qadınlar üçün 46,4% , kişilər üçün 53,6%-dir. Dünyada 8,06 milyard insandan 61,4%-i yaşından və internetə çıxışından asılı olmayaraq sosial şəbəkələrdən istifadə edir.

 

Gözəl Həşimova