“Microsoft” şirkəti “Windows” sistemində diskin formatlaşdırılması ilə bağlı təxminən 30 illik məhdudiyyəti aradan qaldırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

"Windows 11"in gələcək versiyalarında istifadəçilərə faktiki olaraq heç bir məhdudiyyət olmadan "FAT32" fayl sistemindən istifadə edərək sürücüləri formatlaşdırmağa icazə veriləcək . Əvvəllər bölmənin ölçüsü 32 giqabaytla məhdudlaşırdı, yeni limit isə 2 terabaytdır.

Məlumata görə, bu limit ilk dəfə 1995-ci ildə "Windows 95"in buraxılışı ilə birlikdə müəyyən edilib. O vaxtdan bəri şirkət istifadəçilərin şikayətlərinə baxmayaraq limiti yeniləməyib.

 

Gözəl Həşimova