"Apple" bu il ilk dəfə Hindistanda ən bahalı "iPhone" modellərini - "Pro" və "Pro Max"ı istehsal edəcək.
İqtisadiyyat.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Məlumata görə, "Apple"ın əsas partnyoru Tayvanın "Foxconn Technology Group" şirkəti bu payızda smartfonları təqdim etdikdən sonra Hindistanda smartfonlar yığmağa başlayacaq.
"Foxconn" artıq Hindistanın cənub əyalətindəki zavodda bir neçə min işçisinə ilk "iPhone 16 Pro" və "Pro Max" modellərini istehsal etmək üçün təlim keçirməyə başlayıb.
Qeyd edək ki, ötən maliyyə ilində "Apple" Hindistanda ümumilikdə 14 milyard dollar dəyərində "iPhone" smartfonları istehsal edib ki, bu da onun ümumi istehsalının təxminən 14%-ni təşkil edir.
Gözəl Həşimova